Audit Xidməti
Sənaye və infrastruktur obyektlərinin texniki vəziyyətini, enerji və elektrik sistemlərini, mexaniki avadanlıqları və layihə uyğunluğunu qiymətləndiririk. Riskləri müəyyən edir, təhlükəsizlik və istismar səmərəliliyinin artırılması üçün peşəkar audit həlləri təqdim edirik.
Obyektinizin texniki vəziyyətini peşəkar auditlə qiymətləndiririk
Layihənizdə riskləri vaxtında müəyyən edib keyfiyyətə nəzarət edirik
Sənaye və infrastruktur sahəsində ixtisaslaşmış peşəkar komandamız qaz, su, elektrik, metal konstruksiya, beton və təmirtikinti işləri üzrə texniki audit xidmətləri göstərir.
Audit zamanı obyektin və ya görülmüş işlərin texniki standartlara, layihə tələblərinə və keyfiyyət meyarlarına uyğunluğu qiymətləndirilir. Aşkar edilmiş uyğunsuzluqlar və onların aradan qaldırılması üçün tövsiyələr müştəriyə təqdim olunur.